Keyfiyyət xərcləri
Keyfiyyət xərcləri — yarana biləcək nöqsanların qarşısının alınması, keyfiyyətin qiymətləndirilməsi, istehsal prosesi zamanı və ya məhsulun müştəriyə çatdırılmasından sonra ortaya çıxan xərclərin məcmusudur. Keyfiyyət xərcləri bəzən keyfiyyətə nail olmaq üçün çəkilən xərclər, bəzən keyfiyyət şöbəsinin istifadə etdiyi büdcə, bəzən isə uyğun olmayan (qeyri qənaətbəxş) keyfiyyətin meydana gətirdiyi xərclər olaraq başa düşülür. Ancaq, müasir dövrdə idarəetmə sahəsində çalışanlar Keyfiyyət xərcləri dedikdə bir qayda olaraq keyfiyyətlə bağlı bütün xərcləri nəzərdə tutur.
== Önəmi ==
İstehlakçılar fərqli özəllikləri olan məhsulları daha çox istehlak etməyə başladığı üçün, istehsalçılar da bu fərqli özəllikləri keyfiyyət vasitəsi ilə yaratmağa başlamışlar. Buna görə də, keyfiyyətlə bağlı həyata keçirilən fəaliyyətlər hər hansı məhsulun uğurlu olmasında daha çox rol oynamağa başlayıb. Firma və müəssisələr keyfiyyətlə bağlı rəqabət aparmaqla yanaşı, həmçinin keyfiyyətin xərclərə təsirini də nəzarət altında saxlamaq üçün çalışırlar. Daha yaxşı nəticə əldə etmək üçün şirkətlər büdcələrinin bir hissəsini hədəflədikləri keyfiyyət göstəricilərinə çatmaq üçün istifadə edirlər. Həmin istifadə edilən vəsaitə isə keyfiyyət xərcləri deyilir.
Keyfiyyət xərcləri bir şirkətin keyfiyyət dərəcəsini müəyyən edən ən vacib göstəricidir. Eyni zamanda keyfiyyətin idarə edilməsi prosesinin tətbiq olunması və standartlaşdırılması üçün keyfiyyətlə əlaəqdəar olaraq həyata keçirilən bütün fəaliyyətin ölçülməsi və qeydiyyatının aparılması da çox önəmlidir, çünki keyfiyyət xərclərinin ölçülməsi bu göstəricilər əsasında apara bilər.